Niyam keçmiş xanımıyla münasibətlərindən danışdı: “Bir qardaş kimi...“   - Video

saytların hazırlanması

Evə çatdırılma

Niyam keçmiş xanımıyla münasibətlərindən danışdı: “Bir qardaş kimi...“ - Video

Şou

16 Fevral 2021 11:02 922


Pandemiya səbəbindən toylara, el şənliklərinə qadağa qoyulması müğənniləri çətin vəziyyətə salıb. Müğənni Niyam Salami bu müddətdə yaşadığı çətinliklərdən danışıb.

Yenisabah.az xəbər verir ki, MTV Azərbaycanın qonağı olan ifaçı maddi sıxıntısı olduğunu desə də həyatda hər şeyin pulla ölçülmədiyini bildirib:

“Pul qazanmaq üçün sənətə gəlməmişəm. Sənətin yaxşıdırsa, o sənə ruzi verəcək. Həmişə çalışmışam ki, sənətimə professional yanaşım, təcrübəli bəstəkarlardan mahnılar alıb oxuyum”. Dördpendirli pizza

Müğənni illər əvvəl  həyat yoldaşı ilə ayrılsa da, hələ də onunla bağlı gələn suallardan bezdiyini deyib:

“Ayrılmışam, amma istəmərəm ki, onun haqqında nəsə pis bir şey olsun. Öz ailəmdən biri, qohumum olduğu üçün demişəm ki, nə köməklik lazım olsa etməyə hazıram. Bir insan kimi, müsəlman kimi, qardaş kimi kömək istəyərsə yanındayam və yanında olacağam”.

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!