Niyaməddin Musayev: “Bilsəydim belə olacaq, Flora xanıma kənardan...”

saytların hazırlanması

Evə çatdırılma

Niyaməddin Musayev: “Bilsəydim belə olacaq, Flora xanıma kənardan...”

Şou

16 Yanvar 2024 12:35 2767


“Bu, təsadüfən olan işdir. Flora Kərimova xalqımızın böyük, tarixi sənətkarıdır. Arada səmiyyətimiz var. Bunu götürüb şişirdiblər. Nə səviyyəsiz insanlar var! Bu, kimə lazımdır?!"

Yenisabah.az pravda-ya istinadla xəbər verir ki, bunu Xalq artisti Niyaməddin Musayev bildirib.

O, Flora Kərimova ilə “Zaurla Günaydın” verilişində gündəm yaradan görüntülərindən danışıb: "Əgər bu şişirtmə ilə onların həyatlarına, yaşayışlarına kömək edəcəyəmsə, şişirtsinlər, hara istəyirlərsə, qoysunlar. Belə şeylər çox ayıbdır. Gərək insanın səviyyəsi olsun. İstər jurnalist ol, istər oxuyan ol, kim olursansa, ol. Hamı öz şəxsiyyətini qoruyur. Burada nə pis şey var ki? İndiyə qədər ictimaiyyətdə, hər yerdə həmişə şəxsiyyətimi qoruyub saxlamışam. Bu millət hara gedir belə? Millətin ziyalıları, duyan adamları çoxdur”. Marqarita pizza

Niyaməddin Musayev qeyd edib: “Allah bilir, həmişə xalqıma hörmətim böyük olub. İnsanlar mənim şəxsiyyətimi, sənətimi sevirlər. Əxlaqlı adamam. Ayıb deyil, belə şeylər edirlər bunlar? Burda nə oldu ki? Təsadüfdən dönəndə elə bir variant alınıb. Mənim günahım nədir? Bilsəydim belə olacaq, Flora xanıma kənardan yaponlar kimi əlimi sinəmə qoyub salam verərdim”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!