Niyamla Fərda arasında qalmaqal:   “Saymamazlıq etdi“

saytların hazırlanması

Evə çatdırılma

Niyamla Fərda arasında qalmaqal: “Saymamazlıq etdi“

Şou

28 Yanvar 2021 13:35 1287


“Saymamazlıq etdi, mən uşaq deyiləm. Televiziyaya dünən gəlməmişəm. O yaşda adama, sənətə illərini verənə yaraşdırmadım”.

Yenisabah.az xəbər verir ki, bu sözləri aktyor Fərda Amin müğənni Niyam Salami barədə deyib. Müğənni ilə aktyor arasında qalmaqala səbəb Niyam Salaminin Fərdanın efirindən xəbərsiz getməsi olub.

Bu haqda ATV telekanalında yayımlanan "Birə-bir" verilişində qonaq olarkən danışan Fərda Niyamin onu aldatdığını bildirib: Pepperoni pizza

"Heç kimə heç nə demədən çıxıb gedib. Köməkçisi deyib ki, başı ağrıyır. Bunu mənə demək olmazdı? Xəstə ola-ola səni orada saxlayacaqdım? Zəng etdim, telefonuma cavab da vermədi. Veriliş onun üçün qurulmuşdu, ssenari yazılmışdı. Niyam, sənə yaraşdırmadım. Belə dostluq, yoldaşlıq olmaz. Sənə şəxsən özüm zəng etmişəm. Sən də mənə zəng edə bilərdin. Nə qədər zəng edirəm, cavab vermir, ona görə də efirdə adını çəkdim. Saymamazlıq etdi, uşaq deyiləm. Televiziyaya dünən gəlməmişəm. O yaşda adama, sənətə illərini verənə yaraşdırmadım”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!