Niyaz Niftiyev yenidən həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Niyaz Niftiyev yenidən həbs edildi

Kriminal

19 Aprel 2020 00:05 1913


Binəqədi bələdiyyəsinin sədri Niyaz Niftiyev barəsində üç ay həbs qətimkan tədbiri seçilib.

Yenisabah.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bu gün Nərimanov rayon Məhkəməsində N.Niftiyev barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimata baxılıb. Nəticədə proses zamanı təqdimat təmin edilib. Onun barəsində üç ay həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, ötən gün Niyaz Niftiyev barəsində polis nəzarəti qətimkan tədbiri seçilmişdi. Lakin iş üzrə yeni hallar aşkar edildiyindən məhkəmə yenidən onun işinə baxıb. Dominos pizza

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən xüsusi tədbir nəticəsində Binəqədi qəsəbəsi Bələdiyyəsinin sədri Niyaz Niftiyev və həmin qurumun Bələdiyyə Gəlirlərinin və Yerli Vergilər Şöbəsinin rəisi Sahib Abışov xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə onların qəsəbə ərazisində guya meyvə-tərəvəz və digər yeyinti məhsullarının satışı ilə məşğul olduqları barədə saxta arayışlar satan zaman xidməti otaqlarında saxlanılmışdılar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!