“Niyə kiminsə pulunu soruşursunuz?” - Nura Suridən sərt sözlər

saytların hazırlanması

Evə çatdırılma

“Niyə kiminsə pulunu soruşursunuz?” - Nura Suridən sərt sözlər

Şou

22 Sentyabr 2025 13:43 344


Müğənni Nura Suri yeni açıqlamaları ilə gündəmə gəlib.

Yenisabah.az xəbər verir ki, ifaçı sosial media hesabında mənfi rəy yazan insanlara münasibət bildirib.

İfaçı qeyd edib ki, insan ağıldan kasıblayır: Marqarita pizza

"Şəxsən tanımadığınız insanlar haqqında necə belə danışa bilərsiniz? Bu nə nifrətdir varlı, imkanlı şəxslərə qarşı? Niyə kimsə problemə düşəndə və yaxud vəzifədən çıxarılanda yazmağa başlayırsınız? Kiminsə Allaha inandığını, hər gün dua edib-etmədiyini hardan bilirsiz? Bəziləri hər paylaşımın altında özlərini həlak ediblər ki, millətin pulunu oğurlayıb. Bu şərhi yazan insanlar, belə düşünənlər heç vaxt bu həyatda uğur qazana bilməzlər. Başda beyin düzgün işləmirsə o adama milyon da versələr heç bir uğur əldə edə bilməz. Yaponların bir misalı var, deyir: əgər ağıllısınızsa niyə kasıbsınız. İnsan pulla kasıblamır, ağıldan kasıblayır".

Qeyd edək ki, Nura Suri sosial mediadan aktiv istifadə edir. 

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!