Nizami Xudiyev vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Nizami Xudiyev vəfat etdi

Hadisə

25 May 2021 19:05 7718


AzTV-nin keçmiş rəhbəri, sabiq deputat Nizami Xudiyev vəfat edib. 

Yenisabah.az xəbər verir ki, keçmiş deputat böyrək çatışmazlığından dünyasını dəyişib. O, bundan əvvəl koronavirus infeksiyasına yoluxaraq sağalmışdı.  

Nizami Xudiyev 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub. O, 1994-1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, 1996-2006-cı illərdə AzTV-nin sədri, 1995-2010-cu illərdə Milli Məclisin deputatı olub. pizza hut

Nizami Xudiyev hakim Yeni Azərbaycan Partiyasının (YAP) fəallarından olub. Vaxtilə partiyanın rəhbərliyində təmsil olunan keçmiş deputat son illər ictimai-siyasi fəaliyyətinə demək olar ki, son vermişdi./Qaynarinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!