Nokauta düşən Coşua milyonlar qazanacaq 

saytların hazırlanması

Evə çatdırılma

Nokauta düşən Coşua milyonlar qazanacaq 

İdman

23 Sentyabr 2024 18:00 572


Böyük Britaniyalı ağır çəkili boksçu Entoni Coşua bu yaxınlarda həmyerlisi Daniel Dyubuaya uduzsa da, onu böyük məbləğdə mükafat gözləyir. 

Yenisabah.az xəbər verir ki, "Uembli" stadionunda 96 min tamaşaçı önündə keçirilən IBF versiyaysı üzrə döyüşdə nokautla uduzan Coşua rəqibindən iki dəfə artıq mükafat alacaq. 

"Sporty Salaries"in məlumatına görə, Coşua 6 milyon funt-sterlinq qazanacaq. Dyubuada isə bu məbləğ təqribən 3,5 milyon funt-sterlinq olacaq.  Dördpendirli pizza

Yayım hüquqlarından gələcək pullarla birlikdə isə Coşuanın 25, Dyubuanın isə 10 milyon funt-sterlinq qazanacağı bildirilib. 

Xatırladaq ki, 12 raund nəzərdə tutulan qarşılaşma artıq 5-ci raundda başa çatıb. Dyubua Coşuanı nokauta göndərməklə qələbə qazanıb. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!