Nömrəsiz sürdüyü avtomobili sosial şəbəkədə paylaşan şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Nömrəsiz sürdüyü avtomobili sosial şəbəkədə paylaşan şəxs saxlanıldı

Hadisə

21 Avqust 2024 18:39 421


Normativ tələbləri pozaraq avtomobilin avadanlığını dəyişdirən, ön dövlət qeydiyyat nişanını çıxaran, təhlükəsizlik kəmərini bağlamadan avtomobili idarə edən və bu hərəkətləri sosial şəbəkədə təbliğ edən şəxs müəyyən edilərək saxlanılıb.

Yenisabah.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Mübariz Ağayev məlumat verib.

Onun sözlərinə görə, Şamaxı rayon sakini Sərxan Vüqar oğlu Məmmədov 56-BF-644 dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi inzibati hüquq pozuntularına görə Müşfiq qəsəbəsində yerləşən stasionar postda saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Sərxan Məmmədov avtomobili etibarnaməsiz idarə edib və bu qanunsuz hərəkətləri sosial şəbəkədə yaymaq məqsədilə törədib. Hazırda etdiyi əməllərdən peşman olduğunu bildirib. Şəxs barəsində qanunvericiliyə uyğun olaraq inzibati tənbeh tədbiri görülüb. pizza mizza

M.Ağayev bir daha sürücülərə müraciət edərək, onları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, ölkəmizdə sürücü mədəniyyətinin formalaşmasına töhfə verməyə və böyüyən gənc nəsil üçün yaxşı nümunə olmağa çağırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!