Türkiyə Super Liqa təmsilçisi “Adana Demirspor”un futbolçusu Fredrik Qulbrandsen Norveç mətbuatına Türkiyədə baş verən zəlzələ ilə bağlı danışıb.
Yenisabah.az xəbər verir ki, o, müsahibəsində başına gələnləri nəql edib:
“Yatmışdım və birdən titrəyərək oyandım. Silkələnmə başladı və getdikcə gücləndi. Yataqdan qalxmağa başlayan kimi, çarpayıdan yıxıldım. Ayağa qalxmaq istədim, amma bu, mümkün deyildi. Zəlzələ bitəndən sonra sağ qalmaq instinkti ilə hərəkət etdim. Tez özümlə bir neçə paltar götürüb 14-cü mərtəbədən aşağı düşdüm. Xoşbəxtlikdən yaşadığım binaya heç nə olmamışdı”. Dördpendirli pizza
Norveçli hücumçu futbol matçlarının 1 həftəlik təxirə salınması məsələsinə də etiraz edib:
“Türkiyə Futbol Federasiyası matçları bir həftə təxirə salmaq qərarına gəldi. Zəlzələnin zərbə vurduğu bölgədə bu qədər insan həyat mübarizəsi apararkən biz necə çıxıb futbol oynaya bilərik, anlaya bilmirəm!”
Telegram kanalımız