Son günlər "Avroviziya" Mahnı Müsabiqəsi ilə bağlı müzakirə olunan məsələlərdən biri də norveçli iştirakçı TIX-in təmsilçimiz Samirə Əfəndiyə heyranlığıdır.
Yenisabah.az xəbər verir ki, xarici yutub kanalları artıq onlar arasında eşq olduğunu iddia etməyə başlayıb. TIX-in müsahibə verən zaman “Mata Hari” mahnısını eşidərək dərhal rəqs etməsi, daha sonra Samira Əfəndi barədə “Mən onu çox bəyənirəm” ifadəsini işlətməsi böyük maraqla qarşılanıb. Hətta daha sonra o, Azərbaycana və Samirə Əfəndiyə mahnı həsr edib və ona gül buketi ilə hədiyyə göndərərək, “Mənim qəlbim sənə aiddir”,-notunu qeyd edib.
Samira Əfəndi isə öz növbəsində TIX-in bu cəhdlərindən sonra onun üçün mahnı səsləndirib. Həmçinin TIX-ə xüsusi məktub göndərib. Məktubda, “Sən mənimlə hara getmək istəyirsən: nahara, Bakıya, yoxsa möhtəşəm finala?”,-sözlərinə yer verilib. TIX isə bunların hər üçünü etmək istədiyini bildirib. Pepperoni pizza
Telegram kanalımız