Notariat Palatası “Mobil notariat” tətbiqinin istifadəçilərinə xəbərdarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

Notariat Palatası “Mobil notariat” tətbiqinin istifadəçilərinə xəbərdarlıq etdi

Rəqəmsal

29 May 2022 15:55 4770


Notariat Palatası “Mobil notariat” tətbiqinin istifadəçilərinə xəbərdarlıq edib.

Yenisabah.az xəbər verir ki, xəbərdarlıqda deyilir ki, ölkə üzrə ödəniş sistemlərində çətinliklər yaranıb:

"Hörmətlə istifadəçilər, ölkə üzrə ödəniş sistemlərində yaranmış çətinliklərlə bağlı hazırda "Mobil notariat" tətbiqində müraciətlərin göndərilməsi üçün ödənişlərin edilməsi mümkün deyil. Narahatlığa görə üzr istəyirik", - müraciətdə bildirilib. Pepperoni pizza

Xatırladaq ki, Notariat Palatası 2018-ci ildə yaradılıb, notariat xidmətinin inkişafı və təkmilləşdirilməsi məqsədilə notariusların məcburi üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsidir. Xüsusi qaydada fəaliyyət göstərən bütün notariusları özündə birləşdirən Palata fəaliyyətini Konstitusiyaya, Mülki Məcəlləyə, “Notariat haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunlara, eləcə də Nizamnaməsinə əsasən həyata keçirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!