Növbə götürməyənlər “ASAN xidmət”ə buraxılmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Növbə götürməyənlər “ASAN xidmət”ə buraxılmayacaq

Sosial

25 Aprel 2020 11:33 998


“ASAN xidmət” gələn həftədən vətəndaşlara öncədən növbə götürməklə xidmət edəcək”.

Yenisabah.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, vətəndaşlara əvvəlcədən növbə almaq üçün iki imkan yaradılıb: Toyuqlu pizza

“ASAN xidmət” mobil tətbiqi yaradılııb. Vətəndaşlar o mobil tətbiqi telefonlara yükləməklə onlayn növbə götürə bilir və “ASAN”-a gəlməklə bir dəqiqə də gözləmədən işlərini həll edib gedə bilər. Digər imkanı qurumun rəsmi saytı vasitəsilə əldə etmək olar. Sonuncu imkan 108 Çağrı mərkəzidir. Vətəndaş zəng etməklə onlayn növbə götürə biləcək”.

"Qabaqcadan növbə götürməyən vətəndaş mərkəzə buraxılmayacaq", - deyə Ü.Mehdiyev qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!