Növbədənkənar parlament seçkisi ilə əlaqədar işçi və ekspert qrupu yaradıldı

saytların hazırlanması

Evə çatdırılma

Növbədənkənar parlament seçkisi ilə əlaqədar işçi və ekspert qrupu yaradıldı

Siyasət

29 İyun 2024 16:46 690


"Növbədənkənar parlament seçkisi ilə əlaqədar işçi və ekspert qrupu yaradılıb".

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib.

Eyni zamanda növbədənkənar parlament seçkisində MSK nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə qərar qəbul edilib. Sezar pizza

İşçi qrupunun rəhbəri MSK üzvü Etibar Quliyev təyin edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçki 2024-cü il sentyabrın 1-nə təyin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!