Növbəti 2 ay bu qidalardan uzaq durun! 

saytların hazırlanması

Evə çatdırılma

Növbəti 2 ay bu qidalardan uzaq durun! 

Sağlamlıq

28 İyun 2024 10:45 2963


İsti havalarda yeyib-içdiyimiz qidalara diqqət etməkdə fayda var. Çünki bu mövzuda yalnış seçim etmək sonda ağır nəticələrə gətirib çıxara bilər. 

Yenisabah.az yay fəslində imtina edilməli olan qidaları təqdim edir:

Qızardılmış xəmir  Dördpendirli pizza

Qızardılmış, unlu, yağlı və şəkərli qidalar trans yağların ən pis versiyasıdır. Trans yağlar pis xolesterolu artırır və yaxşı xolesterolu azaldır. Bədəndə iltihabı da artırır. 

Kremli salat sousları: 

Sağlam salatınızın üstünə çox sous əlavə edərək zərərli etməyin. Bu qarışımları təzə limon və ya digər sitrus şirəsi, bir çimdik duz və bir az yağla yeyin. 

Qızardılmış toyuq və dəniz məhsulları 

Bu yay toyuğun dərisiz olan döş əti hissəsini bişirin. Qızartmaqdan uzaq durun. ¾ boşqab qızardılmış dəniz məhsulları təxminən 500 kaloridir və 26 q yağ ehtiva edir. Belə qidaları qızardılmış deyil, bişmiş (qaynadılmış, sobada, manqalda və s.) istehlak etmək xeyirlidir. Qızardılmış məhsullar piylənmə, diabet, insult və xərçəng riskini artırır. 

Hamburger 

Hamburgerlər məşhur yay yeməyi olsa da, onların orqanizmə vurduğu zərəri də danmaq olmaz. Ancaq sağlam formada da bunu hazırlamaq olar. 91-94 faiz yağsız mal və ya hinduşka əti istifadə edin və burgeri evdə hazırlanmış tərəvəzli hamburger köftəsi olaraq seçin. Pendir əvəzinə, burgeri təzə kahı, pomidor və bir az turşu ilə bəzəyə bilərsiniz. 

Dondurma 

1 stəkan dondurma təxminən 380 kaloridir. Daha sağlam olmaq istəyirsinizsə, dondurma, dondurmalı sendviç və barlardan uzaq durun.Bunun əvəzinə şərbətləri seçin. Giləmeyvələri (moruq, çiyələk, böyürtkən və s.) və ya bananı dondurun, hamarlanana qədər yemək prosessorunda püre halına salın və yeyin. 

Kartof cipsləri 

Duz və yağ baxımından zəngin olmasına baxmayaraq imtina edə bilməyəcəyimiz şeylərdən biri də kartof qızartması və çipsdir. Bunun əvəzinə evdə hazırlanmış salsa və ya guakamol ilə tam taxıllı tortilla çipslərini və ya humuslu tam taxıllı pide çipslərini sınayın.

Qazlı içkilər 

Temperatur yüksəldikcə soyuducuda sərinləşdirici içki şüşələri öz yerini tutmağa başlayıb. Unutmayın ki, bu içkilər boş kaloridir və bel ətrafının artmasına səbəb olur. Bu şüşələri əlçatmaz yerlərdə yerləşdirin və mümkün olduqda onları əlinizin altından uzaq saxlayın. 

Buzlu qəhvə və süd kokteylləri 

Soyuq qəhvənizdə süddən daha çox buz olmalıdır. Bəzi qəhvələrə dondurma da qatılır, dondurması olmayanları seçməyə çalışın. Gündə 1-2 fincandan çox qəhvə istehlak etməyin. Qaymaq və tam südlə hazırlanmış milkshakelərdən uzaq durun. Yay susuzluğunu su, evdə hazırlanmış şəkərsiz limonadlar və ya kompotlar, kokos suyu, soyuq bitki çayları ilə yatırın.

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!