Növbəti devalivasiya HƏYƏCANI:   Yanvardan dollar 2 manat olacaq? - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Növbəti devalivasiya HƏYƏCANI: Yanvardan dollar 2 manat olacaq? - AÇIQLAMA

İqtisadiyyat

21 Oktyabr 2021 19:01 33851


Son zamanlar yayılan qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda yanvar ayında növbəti dəfə devalivasiya baş verə bilər. Yayılan iddialara görə, dollar 2 manata qədər yüksələcək, müxtəlif oktanlı benzinin, hətta dizel yanacağının qiyməti də bahalaşacaq.

Bəs görəsən bu iddialar nə dərəcədə realdır? Ölkədə devalivasiya gözlənilirmi?

Yenisabah.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycan manatının rəsmi məzənnəsi inzibati qaydada tənzimlənir və bizdə bazar iqtisadiyyatı qanunları çalışmır. Yəni manatın məzənnəsi nə birjalarda, nə gündəlik onlayn valyuta satışlarında müəyyənləşdirilmir: “Manatın məzənnəsi Mərkəzi Bankın inzibati tənzimləmə mexanizminə görə tənzimlənir. Bizdə manata təsir edən əsas amil neft qiymətləridir. Neft qiymətlərinin hələlik çox yüksək səviyyədə olması, manata bəlli dərəcədə sabitlik gətirib. Bunu nəzərə alsaq, əgər inzibati qaydada dəyişiklik olmasa, o zaman məzənnənin dəyişdirilməsinə lüzum yoxdur. Təhlükəli məqamlardan biri ondan ibarətdir ki, manatın dəyəri yerində qalsa da, alıcılıq qabiliyyəti sürətlə aşağı düşür. Yəni infilyasiya proseslərinin daha sürətlə getməsi, ən azı devalivasiya qədər təhlükəli bir prosesdir. Ona görə də, biz fərqli gedişatın şahidi oluruq”. pizza mizza

Natiq Cəfərli əlavə edib ki, hələlik manatın məzənnəsi inzibati qaydalarla dəyişməz qalır: “Bunun nə vaxta qədər davam edəcəyini demək çətindir. Çünki məzənnə daim eyni qaydada qala bilməz, çünki bunun fəsadları daha ağır olur. Biz bunu 2005-2015-ci illər arasında müşahidə etmişik. Təxminən 10 il manatın məzənnəsi sabit qaldıqdan sonra, 3 dəfə devalivasiya baş verdi. İndi də manatın məzənnəsi uzun illər sabit qala bilməz. Bir müddət sonra bu dəyişəcək. Amma məzənnə dəyişikliyi iqtisadi əsaslarla deyil, Mərkəzi Bankın verdiyi inzibati qaydalarla olacaq”./Konkret.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • BAKiDAN
    Kimde varsa narahat olsun.....men yox icine pox
    5 years ago
  • Gülnar
    Dollardan biz kasıblara ne bahalawir her wey qalxir daha bu dovlet demirki kasib balasi ne yesin neicsin ne geyinsin eww
    5 years ago
  • Rena Shirmammadova
    Problemli kreditlər axıra kimi həll olunmadı,banklar dollar kreditlırini manata çevirmir,insanlar əziyyət çəkir,dövlət öz vətəndaşlarına köməklik etməkdən boyun qaçırdı,problemli krediti olanlar batır
    5 years ago