Novella Cəfəroğlu: “Cabir İmanov sağ olarkən niyə bunu demirdilər?”

saytların hazırlanması

Evə çatdırılma

Novella Cəfəroğlu: “Cabir İmanov sağ olarkən niyə bunu demirdilər?”

Sosial

30 Sentyabr 2025 15:18 781


“Cabir İmanovun ailəsini çox yaxşı tanıyıram. Bilirəm ki, ziyalı ailəsidir. Cabir İmanov polis fəaliyyəti dövründə hər hansı zorakılıq əməllərinə yol veribsə, həmin görüntüləri indi ortalığa çıxaran insanlar o, sağ olarkən niyə bunu demirdilər?"

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

O əlavə edib: "Onun bütün bu əməllərini bilirdinizsə, niyə vaxtında ortalığa çıxarmırdınız? Öləndən sonra görüntüləri ictimailəşdirmək düzgün deyil. Mənə çox pis təsir etdi. Nə diriyə, nə də ölüyə hörmət qalıb. Hər şeydən əlimizi çəkmişik”. pizza hut

Novella Cəfəroğlu bildirib: “Bilirsiniz, indi Cabir İmanovun ana-atası, bacı-qardaşı, 4 övladı, qohumları nə vəziyyətdə onun ölümünü qəbul edirlər? Gənc insan idi, 49 yaşında vəfat edib. Belə faktlar var idisə, əvvəldən üzünə deyərdiniz, onun da sizə cavab verməyə imkanı olardı. Öləndən sonra bu məsələni qaldırıb niyə arxasında qalanları özünüzə düşmən edirsiniz? Axı Cabir İmanov onların əzizidir. Niyə qalmaqal salırsınız?

Razıyam, əgər doğrudan da, Cabir İmanov həmin əməlləri törətmişdisə, əvvəldən deyərdiniz, biz də məsələyə qarışardıq, tənqid edərdik, onu debata çağırardıq. Cəmiyyəti bu cür düşməçiliyə, bu yollara təşviq etmək olmaz”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Vazeh
    Dünyasını dəyişib, Allah ona rəhmət eləsin, haqq dünyasınadır. Haqq-Tanrı hər birimizin əməlinə qiymət verir və verəcək. Əgər günah varsa da O bilir, yoxsa da. O da bəndə deyil ki, məsələlərə subyektiv maraqlardan yanaşsın. Digər tərəfdən bu, hər kəsə dərs olmalıdır. Ona görə ki, cinayətə və ya günaha yol vermisənsə buna ictimai-siyasi, hüquqi qiymət verilir və verilməlidir. Yox əgər hazırkı şərait siyasi qiymətə, hüquqi qiymətə imkan verirmirsə, o zaman tarix qiymət verəcək. Bax, bu üçüncüsündən qaçış yox və mümkün deyil. Hər kəs bunu bilməli və yenə deyirəm dərs almalıdır. Tarixin qiyməti də şəxs vəfat etdiyi vaxtdan başlanır. Necə ki, vəfat etmiş şəxs dəfn olunmamışdan əvvəl molla deyir ki: "hər kəs haqqını halal etsin" (/və ya etməsin). Bu, son hesablaşmadır. Şəxs vəfat edib və buna görə də gündəmə gəlib. Kimisi tərifləyir, kimisi də mənfi qiymət verir. Burada qeyri-adi nə var ki.
    8 months ago