Novella Cəfəroğlu mərhum ərindən danışdı:   “Dəfninə gedə bilmədim“

saytların hazırlanması

Evə çatdırılma

Novella Cəfəroğlu mərhum ərindən danışdı: “Dəfninə gedə bilmədim“

Maraqlı

16 İyul 2022 12:10 1175


“Sərhədlərin bağlı olması və koronavirus səbəbilə həyat yoldaşımın dəfnində iştirak edə bilmədim”

Bu sözləri Hüquq müdafiəçisi Novella Cəfəroğlu Yenisabah.az-a açıqlamasında deyib.

“Koronavirus qurbanlarından biri də mənim ərim oldu. O, İsraildə dəfn olundu. Təəssüf hiss ilə bildirirəm ki, sərhədlərin bağlı olması və koronavirus səbəbilə onun dəfnində iştirak edə bilmədim. Dominos pizza

Yəhudi adət-ənənəsi Azərbaycana çox oxşardır. Bizlər necə ki, kəfəndə dəfn edirik, dualar oxuyuruq və dəfn edirik, eynisini yəhudilər də edir.

Yas yalnız İsarildə olmadı, mən də burada onun “üç" mərasimi verdim. Azərbaycanda olan tanışları bu yas mərasimlərində iştirak etdilər.

Vilen Applebaum çox yaxşı insan, savadlı və bilikli kadr idi. Gənc yaşlarından Azərbaycanın bir sıra rayonlarında 30 il mühəndis vəzifəsində Azərbaycan üçün dəyərli işlər görüb”.  

Nəsimi Ələsgərli 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!