Hüquq müdafiəçisi Novella Cəfəroğlunun həyat yoldaşı vəfat edib.
Yenisabah.az xəbər verir ki, bu barədə jurnalist Aygün Muradxanlı məlumat yayıb.
"Əziz və dəyərli Novella xanımın həyat yoldaşı Vilen Applebaum dünyadan köçdü. Allah yerini cənnət eləsin. Novella xanım, Fərid bəy başda bütün əzizlərinə başsağlığı verirəm", - o paylaşımında qeyd edib. Dördpendirli pizza
Qeyd edək ki, N.Cəfəroğlu Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədridir. 2021-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib. Onun həyat yoldaşı əslən yəhudi olub.
Telegram kanalımız