Sosial şəbəkələrdə bir qrup insan pandemiya zamanında əhalinin həssas qruplarına dəstək verir. Həmin şəxslər xüsusi ehtiyacı olan şəxsləri müəyyənləşdirir, onlara ərzaq yardımı edir, müxtəlif köməklik göstərirlər. Məşhurlar da hökumətin tətbiq etdiyi sosial izolyasiya tədbirlərinə dəstək olaraqsosial vəziyyəti ağır olan ailələr üçün maddi yardım kampaniyasına başlayıblar.
Yenisabah.az xəbər verir ki yardım kampaniya qoşulan aparıcı Firuzə Cəlilova (Fira) ehtiyacı olmayanların da ona yazmasından gileylənib.
Sosial şəbəkədə çağırış edən Fira belə insanlara ona yazıb vaxtını almamağı tövsiyə edib: "Mənə yazan bacılarım, qardaşlarım, hamınıza qurban olum, əgər həqiqətən ehtiyacınız varsa, aztəminatlısınızsa yazın. Gedirəm Qaradağa, Ələtə, Sulutəpəyə görürəm aztəminatlı ailə deyilsiniz. Mən aztəminatlı deyəndə yeni tikilidə yaşayanları nəzərdə tutmuram. İmkan verin ehtiyacı olanlara gedib çataq". Toyuqlu pizza
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız