Müğənni Dilarə Kazımova və “Zeytun Bağları” markası, Novruz Bayramı günlərində gəncləri bir araya gətirib.
“Yeni Saah” xəbər verir ki, tanınmış ifaçı və təbiətimizin sovqatı olan “Zeytun Bağları” markası, milli bayramımız münasibəti ilə İçərişəhərdə flaşmob keçirib. Sosial aksiyada Dilarəyə Azərbaycan Tələbə Gənclər Təşkilatının (ATGT) üzvü olan 200 nəfərdən ibarət gənc dəstək olub. Onlar birlikdə “Novruz gəlir, yaz gəlir” mahnısını yeni aranjeman, yeni forma və üslubda ifa ediblər.
Flaşmob Boomerang Label şirkəti tərəfindən təşkil olunub. Dominos pizza
Bununla da, Dilarə Kazımova və “Zeytun Bağları” markası bir neçə gündür paytaxtımızda davam edən Novruz şənliklərinə təntənəli bağlanış mərasimi edib.
Qeyd edək ki, “Novruz gəlir, yaz gəlir” mahnısının yeni aranjemanı Muxtar Abseynova məxsusdur. Layihənin ideya müəllifi Aynur Haciyeva & Boomerang Label şirkətidir.
Telegram kanalımız