Novruzda 12 günlük tətil - Nazirlər Kabinetinin qərarı təqvimi necə dəyişdi?

saytların hazırlanması

Evə çatdırılma

Novruzda 12 günlük tətil - Nazirlər Kabinetinin qərarı təqvimi necə dəyişdi?

Sosial

15 Fevral 2025 12:30 2218


Bu il Novruz bayramında 11 gün qeyri-iş günü olacaq.

Yenisabah.az xəbər verir ki, Nazirlər Kabinetinin 11 dekabr 2024-cü il tarixli qərarına əsasən, 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Bu il 22 və 23 mart tarixləri bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 25 və 26 mart qeyri-iş günü olacaq.

Nazirlər Kabinetinin bugünkü qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. Sezar pizza

Beləliklə, 29 və 30 mart tarixlərinin də şənbə və bazar günlərinə təsadüf etdiyindən, bu il Novruz bayramında 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart tarixləri qeyri-iş günü olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Könül
    1 gün yox, 12 gün iş olmayacaq. 30-31 mart Ramazan bayramıdır.
    1 year ago