Novxanı çimərliyində gördüklərinizdən sonra dənizə getməyəcəksiz –   Video

saytların hazırlanması

Evə çatdırılma

Novxanı çimərliyində gördüklərinizdən sonra dənizə getməyəcəksiz – Video

Sosial

06 İyul 2019 09:18 3746


Bu il dəniz mövsümü açılandan sonra çimərliklərin vəziyyəti heç də ürəkaçan deyil. Xüsusən də, insanların ən çox axın etdiyi Novxanı çimərliyi bərbad vəziyyətdədir.

Abşeron rayonu, Novxanı "Alma” çimərliyində isə vəziyyət daha bərbaddır.

Bu barədə sakinlər BAKU.WS-in "qaynar xətti”nə şikayətlərində bildiriblər.

Çimərlikdən görüntü çəkən şikayətçi burada antisanitariyanın hökm sürdüyünü bildirib.

O, vurğulayıb ki, dəniz kənarındakı qumluq təmizlənmir. Eyni zamanda kanalizasiyanın çirkab suları birbaşa dənizə tökülür.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları iyunun 28-dən iyulun 4-dək çimərlik ərazilərində növbəti monitorinqlər keçirib, dəniz suyundan nümunələr götürüb, mikrobioloji təhlillər aparıblar.

Bu dəfəki analizlərin nəticələrinə görə Novxanı çimərliyi də çirkli hesab olunur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!