Novxanıda ağır qəza: Ölənlər var 

saytların hazırlanması

Evə çatdırılma

Novxanıda ağır qəza: Ölənlər var 

Hadisə

01 İyun 2024 11:30 758


Abşeron rayonu ərazisində ölümlə nəticələnən ağır yol qəzası baş verib. 

Yenisabah.az xəbər verir ki, 2001-ci il təvəllüdlü Həşimov Fərid İftixar oğlu idarə etdiyi "Daewoo Gentra" markalı avtomobillə Abşeron rayonu, Novxanı kəndi istiqamətdə hərəkətdə olarkən idarəetməni itirib və əks yola çıxıb. 

Nəticədə həmin yolda hərəkətdə olan 1986-cı il təvəllüdlü Eynullayev Zaur Eynulla oğlunun idarə etdiyi "Ural 4320" markalı yük avtomobili ilə toqquşması nəticəsində Fərid Həşimov və onun maşınında olan sərnişin, 1989-cu il təvəllüdlü Xudiyev Emin Cahangir oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.  pizza mizza

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb, istintaq aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!