Noyabrda 12 gün   İŞ OLMAYACAQ

saytların hazırlanması

Evə çatdırılma

Noyabrda 12 gün İŞ OLMAYACAQ

Sosial

23 Oktyabr 2025 21:37 36193


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2025-ci il istehsalat təqviminə əsasən noyabrda 12 gün qeyri-iş günü olacaq.

Yenisabah.az Bakupost.az-a istinadən xəbər verir ki, 8 noyabr – Zəfər Günü şənbə gününə, 9 noyabr – Dövlət Bayrağı Günü isə bazar gününə təsadüf etdiyindən 10 və 11 noyabr tarixləri qeyri-iş günü olacaq.

Ümumilikdə, noyabr ayında şənbə və bazar günləri də daxil olmaqla aşağıdakı tarixlər qeyri-iş günləridir: pizza sifarişi

1, 2, 8, 9, 10, 11, 15, 16, 22, 23, 29 və 30 noyabr.

Beləliklə, noyabr ayında ümumilikdə 12 qeyri-iş günü olacaq.

Qeyd edək ki, Konstitusiya Günü (12 noyabr) və Milli Dirçəliş Günü (17 noyabr) isə iş günü olan bayram günləridir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Elmira
    Çox sağolun????
    6 months ago