Noyabrda minaya düşən 9 nəfər həlak olub

saytların hazırlanması

Evə çatdırılma

Noyabrda minaya düşən 9 nəfər həlak olub

Hadisə

02 Dekabr 2021 12:49 776


2021-ci ilin noyabr ayında 7 hadisə nəticəsində 9 nəfərin mina qurbanı olması qeydə alınıb. 

Bu barədə Yenisabah.az-a “Minalar Əleyhinə Azərbaycan Kampaniyası”ndan məlumat verilib. Bildirilib ki, həmin faktlar rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində toplanıb.

Baş vermiş hadisələr nəticəsində 1 mülki şəxs həlak olub, 8 nəfər yaralanıb. Bunlardan 1 nəfər minatəmizləyən, 1 nəfər sərhədçi, 2 nəfər Daxili Qoşunların hərbi qulluqçusu və 4 nəfər mülki şəxsdir. pizza mizza

2021-ci ilin noyabr ayında 6 hadisəyə piyadalar əleyhinə, 1 hadisəyə isə tank əleyhinə minalar səbəb olub. Hesabat dövründə minalarla bağlı hadisələr Cəbrayıl, Ağdam, Goranboy, Laçın, Füzuli və Zəngilan rayonlarının ərazisində baş verib. 

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi tərəfindən 2021-ci ilin ötən dövründə Azərbaycan Respublikasının 97 vətəndaşının minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb.

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” bir daha əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər, partlamamış hərbi sursatlara toxunmasınlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!