“Noyabrın 9-nu “milli biabırçılıq günü” kimi qeyd etmək ədalətli olardı” - Sabiq nazir müavini

saytların hazırlanması

Evə çatdırılma

“Noyabrın 9-nu “milli biabırçılıq günü” kimi qeyd etmək ədalətli olardı” - Sabiq nazir müavini

Rəsmi

06 İyul 2021 00:36 1765


"Vaxt var idi Konstitusiya Gününün mənası vardı, onu qeyd etmək mənalı idi. Bu gün davamlı şəkildə Konstitusiyanın yarandığı günü – 5 iyulu necə qeyd edək?".

Yenisabah.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq müdafiə nazirinin müavini Ardak Zakaryan feysbuk səhifəsində paylaşımında yazıb. O, 2018-ci ildən etibarən bu tarixlərin tədricən mənasını itirdiyini qeyd edir.

A.Zakaryan, həmçinin yazır: “Silahlı qüvvələr gününü - 28 yanvar tarixini necə qeyd edək ki, ordudan təkcə nazir və baş qərargah rəisi qalıb, ölkə təhlükəsizliyinin qarantı deyiləndə isə Rusiyanın dövlət rəmzləri yada düşür”. Marqarita pizza

Ölkəsinin bayram günlərini xəcalət günləri kimi qeyd etməli olduğunu məsləhət görən sabiq nazir müavini vurğulayıb: “Mayın 8-ni, noyabrın 9-nu (Kapitulyasiya günü) və iyunun 20-ni (Paşinyanın rəhbərlik etdiyi partiyanın seçkilərdə qalib gəldiyi gün) “milli biabırçılıq günləri” kimi qeyd etmək daha ədalətli olardı”./Virtualaz.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!