“Artıq bir sıra mərkəzi icra orqanları 19 oktyabr tarixdə baş verənlərlə bağlı açıqlamalar veriblər”.
“Yeni Sabah” xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz deyib. Bakıda keçirilən mitinq zamanı internetin kəsilməsi ilə bağlı sözlərinə belə davam edib:
“Məlum olduğu kimi, qeyd olunan tarixdə bir sıra mobil telefon və internet istifadəçiləri şəhər mərkəzində mobil internet bağlantısı və mobil rabitədə, həmçinin də sabit şəbəkədə internet və telefonla bağlı ciddi problemlərin olduğunu bildiriblər. Eyni zamanda həmin ərazidə fəaliyyət göstərən biznes qurumları, rəqəmsal sahibkarlıqla məşğul olanlar da belə bir problemlə üzləşdilkləri haqqında sosial mediada məlumatlar açıqlayıblar. pizza mizza
Bu gün gözləyirdim ki, NRYTN (Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi – Red.) bununla bağlı hər hansı bir açıqlama verəcək.
Normalda NRYTN-nin telekommunikasiya şəbəkələrində məhdudiyyətlərin tətbiq edilməsi ilə bağlı araşdırmalar aparması, səlahiyyətli qurum olaraq mobil operator və provayderlərin monitoinqini aparması və bununla bağlı açıqlama verməsi doğru olardı”.
Telegram kanalımız