NTV-nin aparıcısı təyyarə qəzasında öldü

saytların hazırlanması

Evə çatdırılma

NTV-nin aparıcısı təyyarə qəzasında öldü

Hadisə

08 Noyabr 2020 11:06 3134


Rusiyanın Moskva vilayətində “Cessna” yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Yenisabah.az xəbər verir, hadisə nəticəsində NTV kanalındakı "DNA" və "Ulduzlar bir araya gəldi" tok-şousunun aparıcısı Aleksandr Koltov həlak olub.

NTV-nin rəsmi saytının verdiyi məlumata görə, Koltovla birlikdə həyat yoldaşı da təyyarə qəzasında ölüb. Digər itki yoxdur. Pepperoni pizza

Modern.az-ın yazdığına görə, təyyarənin Moskva vilayətinin Lyubertsı rayonunda qəzaya uğradığı məlum olub. Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, sükan arxasında oturan Koltov təcili siqnal verib və təyyarəni tarlaya endirməyi bacarıb. Lakin təyyarə alovlanıb.

Faktla əlaqədar Moskva Bölgələrarası İstintaq İdarəsinin Nəqliyyat müstəntiqləri araşdırma aparır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!