Nümunəvi addım: Diaspor fəalımız Ukraynada yarmarka açdı

saytların hazırlanması

Evə çatdırılma

Nümunəvi addım: Diaspor fəalımız Ukraynada yarmarka açdı

Maraqlı

13 Mart 2022 11:23 454


Ukraynada müharibədən əziyyət çəkən vətəndaşların ərzaq və geyim təminatı üçün diaspor fəalımız Lvov şəhərində yarmarka təşkil edib.

Yenisabah.az-ın xəbərinə görə, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Lvov üzrə nümayəndəsi Şəhriyar Məhərrəmov AZƏRTAC-a bildirib ki, şəhərin mərkəzi dəmiryolu vağzalında təşkil olunan yarmarkada ehtiyacı olan insanlara pulsuz olaraq paltar və yeməklər paylanılır. Bu yarmarka bir neçə gün davam edəcək. Həmçinin şəhərin digər hissələrində də belə yarmarkaların təşkili nəzərdə tutulur.

Qeyd edək ki, müharibə başlayandan bəri diaspor fəallarımız və soydaşlarımız Ukraynanın bir çox şəhərlərində bu cür aksiyalar keçirirlər. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!