Nura: “Bütün müsahibələrimi kəsib-doğrayırlar”

saytların hazırlanması

Evə çatdırılma

Nura: “Bütün müsahibələrimi kəsib-doğrayırlar”

Şou

04 İyul 2024 13:07 650


“Verilişlərə, müsahibələrə getmək istəməməyim səbəbini açıqlamaq istəyirəm. İndiyə kimi (hətta Yutub verilişləri) bütün müsahibələrimi montajda kəsib-doğrayıb yayımlayıblar”.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu sözləri müğənni Nura Suri deyib.

O qeyd edib: “Zarafat bir yana” proqramında hər suala ətraflı, izahla cavab verməyimə baxmayaraq, hamısı kəsilib. Klassik musiqidən (Vivaldı, Paqanini və s.) danışıqlarım ümumiyyətlə yoxdur. Çox fərqli, çoxunun düşünə bilmədiklərini gənclərlə bölüşmüşdüm. Çoxu yayımlanmadı. Buna görə də feysbukda yazmağa davam edəcəyəm. Ara-sıra videolar da paylaşacağam. Dördpendirli pizza

Dünyaya baxışım fərqlidir. Müsahibələrim isə kəsilib-doğranılır, haqqımda başqa bir fikir formalaşdırılır. Buna izin verə bilmərəm. Məni olduğum kimi az adam tanıyır. Olmadığım kimi isə təqdim olunmaqdan bezmişəm. Hamı tərəfindən bəyənilmək, sevilmək, başa düşülmək kimi istəyim də yoxdur. Amma olmadığım kimi də tanınmaq istəmirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!