Nura Suri: Ailəmlə bağlı hər cəhdin kimdən gələcəyini yazılı şəkildə qeyd etmişəm

saytların hazırlanması

Evə çatdırılma

Nura Suri: Ailəmlə bağlı hər cəhdin kimdən gələcəyini yazılı şəkildə qeyd etmişəm

Şou

21 Noyabr 2025 10:36 600


"Mənə qarşı yönəldilən qaralama kampaniyasının müxtəlif formalarda davam etdirildiyini açıq şəkildə bəyan edirəm. Bundan sonra özümün və övladlarımın başına gələcək istənilən neqativ halı kimlərin törədə biləcəyi ictimaiyyətə və aidiyyəti qurumlara əvvəldən məlumdur".

"Yeni Sabah" xəbər verir ki, bunu son günlər Mədəniyyət Nazirliyi ilə çəkişən Nura Suri deyib.

Müğənni bildirib ki, bütün məlumatları yazılı şəkildə evində saxlayıb: Sezar pizza

"Bu məsələ ilə bağlı tam şəkildə hüquqi və ictimai mübarizəyə hazıram. Lakin altdan-altdan aparılan təzyiq, şər, böhtan və digər qeyri-qanuni addımlar mübarizə hesab oluna bilməz. Mənə və ailə üzvlərimə qarşı hər hansısa təxribat, təhdid, nüfuzdansalma və s. cəhdin olacağı halda, bunu kimlərin edə biləcəyi barədə məlumatları əvvəlcədən yazılı şəkildə qeyd edib evdə saxlamışam".

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!