Nura Suri karantin qaydalarını pozdu, cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Nura Suri karantin qaydalarını pozdu, cərimələndi

Şou

14 İyul 2020 20:20 1075


İyulun 14-də Qusar-Quba yolunda xidmətdə olan polis əməkdaşları “Porsche Cayenne” markalı avtomobili nəzarət qaydasında saxlayıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yenisabah.az-a daxil olan məlumata görə, sürücü Bakı şəhər sakini Aynurə Surinin (Nura Suri) və sərnişini paytaxt sakini Təranə Axundovanın təqdim etdikləri sənədlər yoxlanılarkən onların xüsusi karantin rejimi dövründə verilən icazədən sui-istifadə etmələri müəyyən edilib.

A.Suri və T.Axundova 16 gün – iyun ayının 28-dən iyul ayının 14-nə kimi Qusar rayonu ərazisindəki istirahət mərkəzində istirahətdə olublar. Ona görə hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib olunaraq hər biri 200 manat məbləğində cərimə olunublar. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!