Nura Surinin valideynləri görün hansı məşhurlar imiş

saytların hazırlanması

Evə çatdırılma

Nura Surinin valideynləri görün hansı məşhurlar imiş

Şou

14 Avqust 2021 10:30 3668


Müğənni Nura Surinin valideynlərinin kimliyi yəqin ki, çoxları üçün maraqlıdır.

Atası Xanlar bəy Azərbaycan Hərbi Aviasiyasının yaradıcılarından biridir. 

O, Qarabağ müharibəsi döyüşlərinin iştirakçısıdır.  Marqarita pizza

Müharibə zamanı 300-dən çox uçuş həyata keçirib. 

1999-cu ildən 2005-ci ilə qədər AZAL-ın Helikopter Aviasiyasının baş direktoru vəzifəsində çalışıb.

Fövqəladə Hallar Nazirliyinin aviasiyasının yaradılmasında böyük rolu var. 

Hazırda ehtiyatda olan zabitdir. 

İgidliyə görə medallarla təltif olunub.

Müğənninin anası Firəngiz Səttarova isə Azərbaycanda ilk bort-atıcı qadındır. 

Qarabağ müharibəsi iştirakçısı, 2-ci qrup əlildir. 

Qeyd edək ki, hərbi yazıçı Tatarinka cütlük barədə kitab yazıb. / Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!