Nuranın bu hərəkəti tənqid olundu: “Dövlət qurumlarını dolayır”   - Video

saytların hazırlanması

Evə çatdırılma

Nuranın bu hərəkəti tənqid olundu: “Dövlət qurumlarını dolayır” - Video

Şou

15 Aprel 2024 13:20 3239


Nura Suri klipi üçün yalandan təqib olunması ilə bağlı ssenari qurmasını canlı yayımda etiraf edib. 

Yenisabah.az xəbər verir ki, “7 canlı” verilişinin qonağı olan ifaçı təqib yalanını yeni çəkdirdiyi klipi üçün uydurduğunu açıqlayıb:

“Xaricdə məşhurlar klipi çıxmamışdan öncə bu cür çəkilişlər edir. Mən də etmək istədim, onlar bunu daha professional çəkilişlə edirlər, amma düşündüm ki, professional çəkiliş olsa, insanlar inanmayacaq, buna görə elə öz telefonumla çəkdim. Çox insan narahat oldu, hətta sənət dostlarım da məni yığırdı, utanırdım, doğrsunu deyə də bilmirdim”.  Dominos pizza

Bu açıqlama qısa zaman ərzində sosial şəbəkələrdə yayılıb və ifaçı bəzi istifadəçilər tərəfindən tənqid edilib. Tanınmış prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) də müğənnini qınayanlar sırasında olub.

O, “Bu heç də yaxşı deyil. Verilişə baxsınlar deyə belə yalan demək heç yerində deyil. Nura dostumdur, amma bu, polisi və başqa qurumları dolamaqdır” -, deyə iradını bildirib.

Həmin kadrları təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!