“Borussiya Dortmund” klubu Çempionlar Liqasının ilk turu çərçivəsində dünən baş tutan matçda Belçikanın “Klub Brügge” komandası üzərində inamlı qələbə qazanıb. Keçmiş türkiyəli futbolçu Nuri Şahinin baş məşqçisi olduğu klub son zamanlar inamlı çıxışı ilə diqqət çəkir.
Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, alman təmsiçisinin qollarını Bino Qittens (2) və Quirassi vurub. “Borussiya Dortmund” bu səfər qələbəsi ilə turnirə 3 xalla başlayıb.
Qeyd edək ki, Almaniya klubu növbəti turda Şotlandiya təmsilçisi “Seltik”lə qarşılaşacaq. “Klub Brügge” isə səfərdə Avstriyanın “Ştum Qraz” komandası ilə üz-üzə gələcək. Marqarita pizza
Telegram kanalımız