Nurlan Hacıyev yüksək vəzifəyə təyin edildi

saytların hazırlanması

Evə çatdırılma

Nurlan Hacıyev yüksək vəzifəyə təyin edildi

Sosial

27 Avqust 2025 20:30 630


Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə aparat rəhbəri təyin olunub.

Yenisabah.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılovun müvafiq əmrinə əsasən Hacıyev Nurlan Rauf oğlu Nazirliyin aparat rəhbəri vəzifəsinə təyin edilib.

Nurlan Hacıyev 4 sentyabr 1985-ci ildə Naxçıvan şəhərində anadan olub. O, Naxçıvan Dövlət Universitetində “Gömrük işinin təşkili” və “Ümumi iqtisadiyyat” ixtisasları üzrə ali təhsil alıb. pizza hut

Qeyd edək ki, əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində başlayan Nurlan Hacıyev sonrakı illərdə Naxçıvanbank ASC-nin Culfa rayon filialının müdiri, 2017-ci ildən isə Maliyyə Nazirliyinin Xəzinə şöbəsində sektor müdiri və şöbə müdiri vəzifələrində çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!