İctimai fəal, Portağal Medianın baş redaktoru Qəhrəmanov Nurlan Ramiz oğlu (Libre) prokurorluq orqanlarından məhkəməyə şikayət edib.
“Yeni Sabah”ın məlumatına görə, Nurlan Libre Baş Prokurorluq və Bakı Şəhər Prokurorluğunundan Bakı İnzibati Məhkəməsinə ərizə yazıb. Məhkəmə prosesi may ayında hakim Nəriman Abıyevin sədrliyi ilə keçiriləcək.
Nurlan Librenin “Yeni Sabah”a verdiyi açıqlamaya görə, şikayət etməsinə səbəb fevral ayında MSK-nın qarşısında döyülməsi olub: ”Bildiyiniz kimi fevral ayında bir qrup deputatlığa namizəd MSK qarşısında seçkilərin şəffaf keçirilməməsi ilə bağlı oturaq aksiya keçirməyi planlaşdırırdılar. Ancaq polis əməkdaşları bu aksiyanı icazəsiz sayaraq dağıtdı. Bir çox şəxsləri həbs edərək apardılar polis bölməsinə, o cümlədən aksiyada iştirak edən jurnalistlərə də müxtəlif xəsarətlər yetirdilər. Marqarita pizza
Biz də bunula bağlı Bakı Şəhər Baş Polis İdarəsinə şikayət etdik. Oradan isə bildirdilər ki, şikayətinizlə bağlı ya Baş prokurorluğa, ya da Bakı Şəhər Prokurorluğuna çağırılacaqsız. Elə də oldu, bir neçə gün sonra Bakı şəhər prokurorluğuna çağırıldıq və orada hədələndik, bir daha qanunsuz aksiyada iştirak etməməyimizlə bağlı xəbərnamə verdilər.
Ancaq mən həmin xəbərnaməni götürmədim və prokurorluğun hərəkətlərindən Bakı İnzibati Məhkəməsinə şikayət etdim”.
Azər İsrafilov
Telegram kanalımız