Nursultan Nazarbayev İlham Əliyevi təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Nursultan Nazarbayev İlham Əliyevi təbrik etdi

Siyasət

18 Fevral 2020 14:40 697


Qazaxıstan Respublikasının birinci Prezidenti - Elbası Nursultan Nazarbayev Prezident İlham Əliyevi təbrik edib. "Yeni Sabah"ın xəbərinə görə, təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Rəhbəri olduğunuz Yeni Azərbaycan Partiyasının fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən növbədənkənar seçkilərdə qalib gəlməsi ilə əlaqədar Sizi səmimi qəlbdən təbrik edirəm. Hesab edirəm ki, bu qələbə Sizin konstruktiv xarici və daxili siyasətinizin, həmçinin həyata keçirdiyiniz islahatlara Azərbaycan xalqının dəstəyinin nəticəsidir. "Nur-Otan" Partiyasının sədri olaraq Qazaxıstanın və Azərbaycanın aparıcı siyasi qurumları arasında səmimiyyətə və etimada söykənən münasibətləri yüksək qiymətləndirirəm. Əminəm ki, Qazaxıstan Respublikasının və Azərbaycan Respublikasının xalqları arasında əsl dostluq üzərində qurulan əməkdaşlıq bundan sonra da möhkəmlənəcək. Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, bütün təşəbbüslərinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh və rifah arzulayıram".
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!