Nuru Paşanın Azərbaycandakı qərargahı dağıdılır - Yerində bina tikiləcək - Foto

saytların hazırlanması

Evə çatdırılma

Nuru Paşanın Azərbaycandakı qərargahı dağıdılır - Yerində bina tikiləcək - Foto

Sosial

07 Fevral 2020 12:49 1362


1918-ci ildə Türkiyədən Azərbaycana gələn Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Göyçayda N.Nərimanov küçəsindəki hərbi qərargahının olduğu ev sökülür.

“Yeni Sabah” xəbər verir ki, iş adamlarından biri həmin binanı alaraq sökdürməyə başlayıb. Bu ev tarixi abidə kimi dövlət qeydiyyatında deyil. Sözügedən bina 2018-ci ilə qədər Mənzil İstismar sahəsinin balansında olub. Göyçay Rayon İcra Hakimiyyətindəki komissiyanın qərarı ilə bina qəzalı olduğu üçün idarənin balansından çıxarılıb. Bundan sonra bina yerli sahibkarlardan birinə satılıb. Yerində isə hündürmərtəbəli binanın tikiləcəyi iddia olunur.

Qeyd edək ki, divarları dövrünün inşaat materealları ilə  bişmiş və çiy kərpicədən hörülən binanın qapı, pəncərə, döşəmə və dirəkləriinn hazırlanmasında istifadə edilən taxtalar bu günə kimi möhkəmliyini saxlaya bilib. Qafqaz İslam Ordusunun qərargahı olmaqla yanaşı, bu evdə 1865-Cİ ildə General-mayor, şərqşünas alim, Azərbaycan Demokrartik Respublikasının Daxili işlər nazirinin müavini, Sadıq Bəy İsmayıl oğlu Ağabəyzadə dünyaya göz açıb. (Unikal.org) Marqarita pizza



Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!