Nurulla Siracov arzusuna çatdı: Həyat yoldaşı sağ tapılıb

saytların hazırlanması

Evə çatdırılma

Nurulla Siracov arzusuna çatdı: Həyat yoldaşı sağ tapılıb

Hadisə

27 Dekabr 2024 18:51 743


Daha bir Zaqatala sakininin təyyarə qəzasından sağ çıxdığı məlum olub. 

Yaxınlarının Lent.az-a verdiyi məlumata görə, Danaçı kənd sakini Müslümət Siracavova qəzadan sonra koma vəziyyətində xəstəxanaya çatdırılıbmış. O, bu gün ayılıb və kimliyini deyə bilib. 

Hazırda onun oğlu da yanındadır. Marqarita pizza

Qeyd edək ki, M. Siracova təyyarə qəzasından sağ çıxan digər zaqatalalı sərnişin Nurulla Siracovun həyat yoldaşıdır. 

Nurulla Siracov ötən gün Aktaudan Bakıya gətirilib. 

Müalicə aldığı Yeni Klinikada jurnalistlərə müsahibə verən Nurulla Siracov həyat yoldaşının taleyindən nigaran qaldığını dilə gətirmişdi:

"Təyyarədə yoldaşımla yan-yana oturmuşduq, hadisədən sonra mən onu görməmişəm. Bircə bilmək istəyirəm ki, yoldaşım yaxşıdırmı? İnşallah görüşərik. Təyyarədə yan-yana oturmuşduq. Qəzadan sonra onu tapa bilmədim. Onun üçün çox darıxıram".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!