Nüşabə: “Kürəkənimin maşın qalereyası var, onun puluna nə gəlib ki?”

saytların hazırlanması

Evə çatdırılma

Nüşabə: “Kürəkənimin maşın qalereyası var, onun puluna nə gəlib ki?”

Şou

10 Yanvar 2024 18:04 480


Müğənni Nüşabə Musayeva türkiyəli kürəkəni haqda bir sıra açıqlamalar edib. 

Yenisabah.az xəbər verir ki, verilişlərin birində qonaq olan sənətçi qızının türkiyəli həyat yoldaşının kifayət qədər imkanlı olduğunu bildirib:

“Dedilər ki, qayınanasının imkanı var, ona görə elə danışır. Oğuzun imkanına nə gəlib ki?! Oğuzun elə maşın qalereyası var ki... Hamısı da şəxsi, özünündür. 4 dənə xarici maşını var ki, onlardan heç Azərbaycanda yoxdur. Sadəcə, mən bunu heç vaxt səsləndirməmişəm.  Dominos pizza

Qudalarım da, kürəkənim də mənə hədiyyələr verib. Hətta elçilikdə dedilər ki, sizə “süd parası” verək. Mənsə cavabında bildirdim ki, mənim südümün parasını kimsə ödəyə bilməz. Amma buna baxmayaraq, qudam mənə gözəl qızıl kolye hədiyyə etdi. 

Kürəkənimin də mənə ən bahalı hədiyyəsi qızıl olub. Bilirsiniz ki, Türkiyədəki qızılların əyarı yüksək olur.

Mən də ona ad günündə qızıl təsbeh hədiyyə etmişdim”. 

Həmin görüntüləri təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!