Nüşabə Musayeva: “Heç kəsin dədəsinə borcum yoxdur!”

saytların hazırlanması

Evə çatdırılma

Nüşabə Musayeva: “Heç kəsin dədəsinə borcum yoxdur!”

Şou

13 Noyabr 2025 12:58 494


"Vallah, bezdik əlinizdən, instaqramın, tiktokun mesaj bölməsinə, maillə, teleqrama, iş nömrəmizə hər gün minlərlə zəng, mesajlar gəlir ki, pul ver, kömək elə, ev al, telefon al, ərə gedirəm, cehizimi al, evimi "remont" elə, faizimi, kreditimi, borcumu ödə və daha nələr..."

"Yeni Sabah" xəbər verir ki, bu sözləri Nüşabə Musayeva sosial media hesabında yazıb.

Müğənni qeyd edib: "Başa düşmürəm bu nə deməkdir? Mən pul kəsirəm?! Yoxsa milyonçuyam?! Hələ iş axtaranları anlaya bilmirəm, mən məşğulluq idarəsinin rəhbəriyəm?! Toy üçün qoymuşuq səhifədəki nömrəni. Bəsdirin əl çəkin, insanı bu qədər bezdirməzlər. pizza mizza

Bu nədir hər gələn əlinə bir kart alıb dilənir, bir də yox deyəndə narazılıq edib şantaj edirlər. Mənim heç kəsin dədəsinə borcum yoxdur, nə də bank üstə oturmamışam. Gedin əziyyət çəkin, işləyin, qazanın. Borc, faiz götürüb kimə xərcləyib, kimlə yemisinizsə, onunla da ödəyin. Yaxşı söz öyrəniblər. Yoruldum variantlarınızdan"

İfaçı bildirib ki, evdən gizlin borca girənlərin günahkarı o deyil:

"Yox" cavabı eşidib qarğış edənlər, söyənlər var, şok oluram, vallah, bu nə sırıqlıq, bu nə üzsüzlük? Heç olmasa imkan olanda Allah xatirinə gücüm çatanı edirəm. Amma bu o demək deyil ki, hər gün məndən 5–10 min nəfərlə pul istəyənlərə onu ödəyəcək imkanım var".

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!