Müğənni Nüşabə Musayeva "Tolik ilə səmimi" verilişinin qonağı olub.
Yenisabah.az xəbər verir ki, rəqsləri ilə məşhurlaşan ifaçı rəqs etməyi çox sevdiyini deyib.
O, uşaq yaşlarından ailəsinin onu çox sıxdığını etiraf edib: Marqarita pizza
“Mən çıxıb stolun üstündə məşhurlaşmaq üçün oynamamışam. Məni uşaqlıqdan o qədər sıxıblar ki, - atam elmlər namizədi, anam bağça müəlliməsi olub. Bizim evdə qızın oxuması, oynaması, belə bir şey ola bilməzdi. O qədər məni sıxdılar, sıxdılar, sıxdılar ki, ailə qurdum, ayrıldım, sanki azadlığa çıxdım. Rəqs mənim ruhumda var. Mən rəqslə dalaşıram, mən onunla sevişirəm, mən onunla sevincimi, kədərimi yaşayıram. Rəqsdən pul qazanmıram, mən rəqqasə deyiləm".
Telegram kanalımız