Nüsretin restoranına silahlı hücum olub

saytların hazırlanması

Evə çatdırılma

Nüsretin restoranına silahlı hücum olub

Hadisə

22 Mart 2024 13:45 709


Dünyaca məşhur restoranlar şəbəkəsinin sahibi, türkiyəli Nüsret Gökçenin restoranına silahlı hücum olub.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Beşiktaş səmtində yerləşən restorana doğru atəş açılıb. Motosikletlə gələn iki nəfər məkana silahlı hücum edib və qaçıb.

Hücumda ölən və yaralanan olmayıb. Dominos pizza

Hadisə yerində aparılan araşdırma nəticəsində ərazidən 11 ədəd boş patron aşkar edilib. İş yerinə zərərin dəydiyi məlum olub.

Hadisə ilə bağlı araşdırma aparılır, təhlükəsizlik kameralarının qeydləri nəzərdən keçirilir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!