“Nüvə sazişinə düzəlişlər edilməlidir“ - Xamnəi

saytların hazırlanması

Evə çatdırılma

“Nüvə sazişinə düzəlişlər edilməlidir“ - Xamnəi

Rəsmi

17 Fevral 2022 17:56 591


İranın ali dini lideri Ayətullah Xamnəi Qərbin Tehranın nüvə silahı yaratmağa çalışması ilə bağlı dediklərini "absurd" adlandırıb.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, o, İranla nüvə sazişinə düzəlişlər edilməsini istəyib.

"Onlar İranın nüvə proqramının dinc xarakter daşıdığını bilirlər. Amma İranın bomba yaratmağa nə qədər yaxın olduğu ilə bağlı absurd, cəfəng iddialar irəli sürürlər. Biz nüvə enerjisindən dinc məqsədlərlə istifadə olunmasına sadiqik. Onlar bunu bilirlər, lakin İran xalqının bununla üzləşməsini istəyirlər. Gələcəkdə nüvə enerjisinə ehtiyacı olanda”, - deyə Xamnəi qeyd edib. pizza sifarişi

O vurğulayıb ki, dünya getdikcə daha çox nüvə enerjisinə arxalanır:

"Bizim də gec-tez təcili olaraq nüvə enerjisinə ehtiyacımız olacaq. Bu gün onun qayğısına qalmasaq, sabah çox gec olacaq. Gələcəkdə heç bir problem olmaması üçün bəzi məqamlara yenidən baxılmalıdır. Bu məqamların bəziləri nəzərə alınmadı və sonradan hamımızın indi gördüyümüz problemlər ortaya çıxdı”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!