Nüvə silahı barədə ilk fətva: “BMT-nin onların qarşısında dayana bilməsi çətin olacaq”

saytların hazırlanması

Evə çatdırılma

Nüvə silahı barədə ilk fətva: “BMT-nin onların qarşısında dayana bilməsi çətin olacaq”

Siyasət

21 Avqust 2025 14:18 629


İranın tanınmış ruhanilərindən olan Ayətullah Seyyid Məhəmməd Cavad Ələvi Borucerdi atom silahı barədə fətva verib: "Nüvə bombası yaratmaq üçün bilik və praktiki səriştələrin əldə edilməsində heç bir problem yoxdur".

Bir çoxları bunu İslam Respublikasının dinc nüvə proqramından hərbi nüvə proqramına keçid kimi qiymətləndirir.

Xatırladaq ki, son vaxtlar, xüsusən, İsraillə 12 günlük müharibədən sonra İranın bir çox tanınmış siyasətçiləri, habelə parlament üzvləri nüvə silahı əleyhinə fətvanın ləğvi çağırışları edir. pizza hut

Şərqşünas-yazar Kənan Rövşənoğlu "Yeni Sabah"a təsdiqləyib ki, bu məsələ həm dini, həm də siyasi müstəvidə çox ciddi müzakirələr doğurub:

“Kütləvi qırğın silahları İslam dininin prinsipləri ilə uyğunlaşmadığı üçün İranın Ali dini rəhbəri buna icazə vermir. Fətvada da açıq şəkildə göstərilir ki, nüvə silahının hazırlanmasına nə maliyyə ayrılır, nə də belə bir məqsəd mövcuddur.

Şübhəsiz, həlledici söz yalnız Ali Rəhbərə aiddir. Amma İslam Respublikasında bəziləri düşünür ki, düşməni çəkindirmək üçün müdafiə məqsədilə nüvə silahı əldə olunmalıdır. Digərləri isə hesab edir ki, bu silah günahsız insanların qətlinə səbəb ola bildiyindən ona ehtiyac yoxdur. Hazırda prinsiplər baxımından nüvə silahına icazə verilmir. Amma gələcəkdə özünümüdafiə məqsədilə bu məsələnin yenidən gündəmə gəlməsi istisna deyil".

Kənan Rövşənoğlu məsələyə beynəlxalq kontekstdən də yanaşıb: 

“Hindistan və Pakistan müharibə vəziyyətinə görə nüvə silahına sahib oldular. Şimali Koreya isə BMT embarqosunu pozaraq bu silahı əldə etdi. İranın nüvə silahına sahib olmasına qarşı çıxılmasının əsas səbəbi isə budur ki, əks halda Səudiyyə Ərəbistanı, Türkiyə və digər müsəlman ölkələri də belə bir tələb irəli sürə bilər. Bu halda BMT-nin onların qarşısında dayana bilməsi çətin olacaq. Hazırda yalnız Pakistan müsəlman ölkələri içində nüvə silahına sahibdir".

Şərqşünas-yazar qeyd edib ki, Səudiyyə Ərəbistanı ilə ABŞ arasında aparılan danışıqlarda da maraqlı məqam var:

“Vaşinqton şərt irəli sürüb ki, yalnız İsraillə barışıq əldə olunacağı təqdirdə Səudiyyə Ərəbistanına nüvə enerjisini dinc və müdafiə məqsədilə saxlamağa icazə veriləcək. Türkiyədə isə hazırda nüvə mərkəzi və atom elektrik stansiyası inşa edilir. Onlar bunu dinc məqsədli sübutlarla əsaslandırırlar. Lakin gələcəkdə bu obyektlərin silah məqsədilə istifadəsinə yol verilməməsi şərti qoyulub".

Rəvan Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!