“Nikolun hakimiyyətdə qalmasına kim kömək edirsə, onun da əli qana batıb”.
Yenisabah.az “Tert”ə istinadla xəbər verir ki, bunu “Hayastan” fraksiyasının deputatı İşxan Saqatelyan deyib.
“Bir gündə iki yüzdən çox qurbanımız oldu. Hamımız bilirik ki, ölən hərbçilərin sayı daha çoxdur və bu hökumət də bunu həzm etməklə yanaşı, gizlətməyə də çalışır. Bütün bunlardan sonra bəzi analitiklər və politoloqlar bu siyasətə haqq qazandırırlar”, - deyə Saqatelyan əlavə edib. pizza sifarişi
Millət vəkili vurğulayıb ki, məsuliyyətin iki bölgüsü var: “Bir şey edə bilib də heç nə etməyənlər və Nikolun davamlı olaraq hakimiyyətdə qalmasını təmin edənlər”.
Telegram kanalımız