Nyu-Yorkda azərbaycanlı jurnalistlərin ölümü ilə bağlı aksiya keçirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Nyu-Yorkda azərbaycanlı jurnalistlərin ölümü ilə bağlı aksiya keçirildi - Fotolar

Dünya

21 İyun 2021 18:36 1060


BMT-nin və nüfuzlu media qurumlarının Nyu-Yorkdakı binaları önündə azərbaycanlı jurnalistlər yad edilib.

Yenisabah.az xəbər verir ki, Diaspor Komitəsinin verdiyi məlumata görə, Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının idarə heyətinin üzvü, Azərbaycan Nyu-York Assosiasiyasının rəhbəri Ercan Yerdələnlinin təşkilatçılığı ilə Nyu-York şəhərində silsilə aksiyalar keçirilib.

BMT-nin mənzil qərargahı, NBS Studios və “Associated Press” kimi nüfuzlu media qurumlarının inzibati binaları qarşısında təşkil edilmiş sərgilərin məqsədi Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirən azərbaycanlı jurnalistlər Məhərrəm İbrahimovun və Sirac Abışovun, eləcə də yerli məmurun mina partlayışı nəticəsində həlak olmasına, Ermənistanın hərbi cinayətləri davam etdirməsinə və mina xəritələrini verməkdən imtinasına diqqəti cəlb etmək olub. pizza hut

Sərgilərdə jurnalistlərin fotolarını və Ermənistanın mina cinayətlərini əks etdirən posterlər nümayiş etdirilib. Posterlərdə “Mina xəritələrini verin!”, “Azərbaycanlı jurnalistlərə qarşı Ermənistanın müharibə cinayətləri”, “Ermənistan qanunlara əməl etmir”, “Ermənistan azərbaycanlı jurnalistlərin qatilidir!”, “Bizi minalardan xilas edin!” kimi şüarlar nəzərə çatdırılıb.

Tədbir zamanı yerli sakinlərə rəsmi İrəvanın xalqımıza qarşı törətdiyi hərbi cinayətlər və təxribatlar barədə geniş məlumat verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!