“Nyukasl”ın kapitanına silahlı hücum - Güllələnməklə hədələndi

saytların hazırlanması

Evə çatdırılma

“Nyukasl”ın kapitanına silahlı hücum - Güllələnməklə hədələndi

İdman

29 Avqust 2023 14:06 399


"Nyukasl"ın kapitanı Camal Lassells Nyukasl-apon Tayn şəhərinin mərkəzindəki küçədə silahlı hücuma məruz qalıb. 

Yenisabah.az "Daily Mail"ə istinadən xəbər verir ki, gecə klubunun yaxınlığında bir neçə nəfər futbolçuya və onun 19 yaşlı qardaşına hücum edərək onları güllələməklə hədələyiblər. Münaqişə hücum edənlərdən biri dirsəyi ilə qardaş Lassellesin boğazına bir neçə dəfə zərbə endirməsi ilə başlayıb.

Şahidlərin bildirdiyinə görə, 29 yaşlı futbolçu hadisəyə müdaxilə edərək naməlum şəxslərdən birini itələyib. Onlar araq butulkasına"Nyukasl"ın kapitanının başına tullamaq istəyiblər. Naməlum şəxslər oyunçunun qardaşının boğazına, başına zərbə endiriblər. Dördpendirli pizza

Təcili yardım gələnə qədər hücum edənlər hadisə yerindən qaçıblar. Camalın qardaşı isə xəstəxanaya aparılıb. Hazırda polis hadisə ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, C.Lassells 2014-cü ildən "Nyukasl"da çıxış edir. Bu müddət ərzində o, 225 oyuna çıxıb, 14 qol vurub və 4 qolun ötürməsini verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!