Nazirlikdən flaminqo görmək istəyənlərə çağırış - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Nazirlikdən flaminqo görmək istəyənlərə çağırış - Fotolar

Sosial

19 Dekabr 2019 11:16 1636


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) flaminqo görmək istəyənləri milli parklara dəvət edib.

Nazirliyin Mətbuat Xidmətindən "Yeni Sabah"a bildirilib ki, Azərbaycana əsasən qışlamağa gələn nadir quş növlərini görmək istəyən bütün təbiətsevərlər milli parklara dəvət edilir:

"Göz oxşayan füsunkar gözəlliklərdən həzz almaq, nadir quşları müşahidə etmək, istirahətinizi təbiət qoynunda keçirmək istəyirsinizsə qış tətili günlərində milli parklarımıza səyahət edin. Siz Abşeron, Şirvan, Qızılağac və Ağgöl milli parklarına səyahət etməklə nadir quş növlərindən olan flaminqo, çəhrayı turan, yaşılbaş ördək, soltanquş, ağqaş qaz, göydimdik ördək, fısıldayan qu, qızılqaz, qıvrımmələk qu kimi quşları müşahidə edə bilərsiniz". Sezar pizza

Qeyd edək ki, hər il Azərbaycana qışlamaq üçün orta hesabla 1-1,5 milyona yaxın quş gəlir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!